20 may 09:56region

Erməni zabit ağ bayraqla Azərbaycana keçmək istədi

Erməni zabit ağ bayraqla Azərbaycana keçmək istədiMayın əvvəlində baş vermiş hadisə mətbuata sızıb.

Erməni KİV-ləri Ermənistanın Tovuzla sərhəddə yerləşən Berd rayonunu Verin Karmiraxbyur kəndinin 43 yaşlı sakininin mayın 1-də ağ bayraqla sərhədi keçməyə cəhd etməsi barədə məlumat paylaşıblar.

İstiPress-in "Aravot"a istinadən məlumatına görə, o öz ağ köynəyindən bayraq kimi istifadə edən kişinin bu cəhdinin qarşısını erməni sərhədçilər alıb.

Məlum olub ki, sərhədi keçməyə çalışan şəxs Karmiraxbyur orta məktəbini bitirdikdən sonra Rusiyada hərbi məktəbdə oxuyub. O, uzun illər Qazaxıstanda yaşayıb, həm Ermənistan, həm də Qazaxıstan vətəndaşlığına sahib olub, hətta orada iki uşağının qaldığı bildirilir.

O, təxminən bir yarım ay əvvəl anası yaşayan Verin Karmiraxbyura qayıdıb. Sərhədçilərə Azərbaycana keçmək istəyinin səbəbini belə izah edib ki, "Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş".

Kənd camaatı deyir ki, adamda psixi pozğunluq var. Onun işi ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti və hərbi polisi məşğul olub. Həmin şəxs 12 və ya 13 mayda Qazaxıstana uçmaq istəyib, amma İrəvan hava limanında bileti cırıb və kəndə qayıdıb.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.