18 may 12:22region

Ermənistanda etirazçılar baş prokurorun istefasını tələb edirlər

Ermənistanda etirazçılar baş prokurorun istefasını tələb edirlərBu gün səhər saatlarında təqribən 100 nümayişçi İrəvanda Ermənistan Baş Prokurorluğunun binasının qarşısına toplaşıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, onlar baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Piketin təşəbbüskarı, hüquq müdafiəçisi Vardqes Qaspsari bildirib: "Biz tələb edirik ki, baş prokuror Davtyan aşağı düşsün və cavab versin ki, nəyə görə onun rəhbərlik etdiyi qurum bundan əvvəlki hakimiyyətlə mübarizə aparan bir çox günahsız insana qarşı uydurma iş açıb? O, istefaya getməlidir".

Baş Prokurorluğun binası qarşısına 2016-cı ilin iyulunda İrəvanda polis alayına və sabiq general Samvel Babayana hücum təşkil etmiş "Sasna tsrer" hərbiləşdirilmiş qrupunun tərəfdarları da toplaşıb.
XƏBƏR LENTİ
SORĞU