Deputatlar Gürcüstanda Azərbaycan icması ilə görüş keçirib

Deputatlar Gürcüstanda Azərbaycan icması ilə görüş keçiribMilli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

Avrasiya.net Apa-ya istinadən xəbər verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

Qeyd edək ki, azərbaycanlı deputatlar Gürcüstana səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.