08 may 12:53region

Erməni generallar istefa verdi

Erməni generallar istefa verdi Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefa ərizəsini yazıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hərbi mənbələrə istinadən yazıb.

Qəzet yazır ki, Sarkisyanın müavinləri A. Davityan və A. Zakaryan da istefa ərizələrini yazıb.

Məlumata görə, generallar istefa ərizələrini mayın 4-də yazıblar.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində baş nazir seçkisi keçirilir. Baş nazirliyə namizəd Nikol Paşinyanın tərəfdarları küçələrə axışaraq, dəstək aksiyası keçirirlər. Əgər Paşinyan seçilməsə, İrəvanda yenidən kütləvi aksiyalara start veriləcək.
XƏBƏR LENTİ
14-02-2020, 16:30
SORĞU