23 apr 15:13region

Titulu əlindən alınan erməni “qanuni oğru” həbs edildi

Titulu əlindən alınan erməni “qanuni oğru” həbs edildiMoskvada keçmiş “qanuni oğru”, kriminal dairələrdə “Bdje” ləqəbi ilə tanınan 56 yaşlı məşhur avtoritet Vardan Asatryan həbs edilib.

Yenicag.az xəbər verir ki, bu haqda “Praym Kraym” informasiya agentliyi məlumat yayıb.

Şəxsi yoxlama zamanı kriminal avtoritetin üzərində 15 qram heroin aşkarlanıb. Böyük ölçüdə narkotiklərin qanunsuz saxlanmasında ittiham edilən “Bdje”ni 10 il azadlıqdan məhrum edilmə gözləyir.

Məlumat üçün bildirək ki, “Bdje” 2008-ci ildə Rusiya mafiyasının mərhum “xaç atası” Aslan Usoyan tərəfindən “oğru” titulundan məhrum edilib. Buna səbəb uşaqları qaçıraraq, pul tələb etməsi olub.

2013-cü il, Usoyanın qətlindən sonra “Bdje” itirilmiş titulu qaytarmağa çalışsa da, buna müvəffəq olmayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU