19 apr 14:21region

İsrail generalı: İranla savaş artıq qaçılmazdır

İsrail generalı: İranla savaş artıq qaçılmazdırİran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq.

Axar.az xəbər verir ki, bunu “Yediot Ahronot” qəzetinə müsahibəsində ehtiyatda olan general Yakov Amidror deyib. Onun sözlərinə görə, Livandan sonra Suriyada da İranın təsirini artırması İsraili artıq narahat edir:

“Biz Tehranın Suriyada təsirini genişlətməsinə imkan verməyəcəyik. Belə olacağı təqdirdə aramızdakı savaş qaçılmaz olacaq. Bu savaşda hər iki tərəf böyük itkilər verəcək. İran ən yaxşı hərbi texnikasını Suriyaya gətirir. Bu isə Əsədi müdafiə üçün edilmir”.
loading...
XƏBƏR LENTİ
SORĞU