19 apr 10:47region

Türkiyə ABŞ-ı qorxuya saldı

Türkiyə ABŞ-ı qorxuya saldı ABŞ Türkiyəyə qarşı sanksiyalar tədbiq edə bilər. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb Rusiyadan alınması planlaşdırlan S-400 raket kompleksidir.

Senatın Xaraici Əlaqələr Komitəsində çıxış edən dövlət katibinin köməkçisi Vess Mitcel bu barədə deyib. O, Türkiyə və Rusiya arasında əldə edilən hərbi anlaşamalardan narahat olduqlarını yenidən dilə gətirib. Onun sözlərinə görə, S-400-lərin alınması Türkiyənin "F-35" proqramında üzvlüyünüə də mənfi təsir edə bilər.

"Türkiyənin qərbə strateji və siyasi dəstək verməsi ABŞ-ın marağındadır. Düşünür ki, Türkiyə özü də bunda maraqlıdır. Məqsədimiz odur ki, Türkiyə Cenevrə prosesində, İŞİD-ın məhvində və Suriyada vəziyyətin stabilləşdirilməsində daha fəal tərəfdaş olsun".

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksini alması ABŞ-la yanaşı, NATO-nu da ciddi narahat edir. Onlar hər yolla Türkiyəni bu alış verişdən əl çəkməyə səsləyirlər. Hətta hədələrlə.

Rusiyanın ən güclü silahının Türkiyə ilə imzalanan razılaşmaya uyğun olaraq gələn ilin yayından təhvil veriləcəyi planlaşdırılıb.
XƏBƏR LENTİ
SORĞU