18 apr 17:08region

GAK-da universitet rəhbərliyi ilə görüş - FOTO

GAK-da universitet rəhbərliyi ilə görüş - FOTOBu gün Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində Tbilisi Təhsil universitetinin xarici əlaqələr üzrə meneceri Vepxo Qurqenişvili GAK sədri Hüseyn Yusubovla gorüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə Marneuli ziyalılarından olan Aleksandır Qurqenişvilidə iştirak edib. Vepxo Qurqenişvili bildirib ki, Tbilisi Təhsil Universitetində hüquq, biznes, turizm, humanitar elmlər, sosial elmlər, aqro mühəndislik fakültələri mövcuddur. Gürcüstanda təhsil almaq istəyən Azərbaycan vətəndaşı olan abituriyentler bizə müraciət edə bilərlər. Nəzərinizə çatırım ki, Tbilisi Təhsil Universiteti dövlət universitetidir. Universitetdə Azərbaycan vətəndaşlarının təhsil alması üçün bütün şərait yaradılıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov vurğulayıb ki, azərbaycanlı tələbələr Gürcüstanda və gürcülərin Azərbaycanda ali təhsil alması iki xalqın dostluğunu daha da inkişaf etdirən faktlardır. Maraqlananlar universitetin veb səhifəsindən daha ətraflı məlumat ala bilərlər (tu.edu.ge)
XƏBƏR LENTİ
SORĞU