14 apr 14:58region

Gürcüstanda azərbaycanlı gənclərin yeni birliyi yaradılıb

Gürcüstanda azərbaycanlı gənclərin yeni birliyi yaradılıbGürcüstanda “Gənc azərbaycanlı liderlər Gürcüstan naminə” birliyi təsis olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, təşkilatın yaradılmasında əsas məqsəd Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclərin cəmiyyətin bütün sahələrində iştirakının fəallığının və onların dövlət orqanlarında təmsilçiliyinin artırılmasına dəstək verməkdir.

Birliyin Gürcüstan Texniki Universitetində baş tutmuş təqdimat mərasimində çıxış edən Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze milli azlıqları təmsil edən gənclərin dövlət quruculuğunda fəal iştirakının vacib olduğunu deyib: “Belə bir birliyin yaradılması ideyası azərbaycanlı gənclər tərəfindən irəli sürüldü. Gürcüstanın azərbaycanlı gəncləri özlərini dövlətin tamhüquqlu vətəndaşları hesab edirlər və onlar ölkədə bütün sahələrdə fəal olmaq istəyirlər. Yeni birlik azərbaycanlı gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə dəstək verəcək və bir sıra proqramlar həyata keçirəcək”.

Tədbirdə çıxış edən azərbaycanlı gənclər Daur İsmayılov, Tural Ramazanov və digər tələbələr Gürcüstanda milli azlıqları təmsil edən gənclərin təhsil və inteqrasiya sahəsində mövcud problemlərindən bəhs ediblər.

Birlikdə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr təmsil olunacaq. Təşkilat üzvləri ilə dövlət rəsmiləri arasında görüşlər, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlmiş müxtəlif formatlarda tədbir və müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ekspertlər və rəsmi şəxslər iştirak edib
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU