28 mar 21:49region

Qərblə Rusiya arasında kiber, kəşfiyyat müharibəsi... - Politoloq

Qərblə Rusiya arasında kiber, kəşfiyyat müharibəsi... - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Rusiyaya qarşı Qərbin siyasi-diplomatik müharibəsi, bu ölkənin diplomatlarının kəşfiyyatçı elan edilərək 15 ölkədən qovulması çox ciddi və dünyada yeni nizamın formalaşmasına apara biləcək siyasi hadisədir.

Qeyd edim ki, Qərblə ilk konfontrasiyanı başladan məhz prezident Putin oldu. Onun xarakterində rus millətçiliyinin aşırı olması, "Böyük Rusiya naminə" avantürsüt siyasəti, qonşularına qarşı işğalçı nəzəriyyəsi və iki qütblü dünya düzənin formalaşdırmaq iddiası, Qərbin Kremlə qarşı hərəkətə keçəməsinə səbəb oldu.

Vurğalmaq lazımdır ki, Rusiya gücləndikcə Avropa və post-sovet məkanına təhdidləri artırdı. Gürcüstana hərbi müdaxilə, Ukraynanın bir hissəsinin ilhaqı, Yaxın Şərqdə vəkalət müharibəsi Putinin təhlükəli oyunçu və Qərb üçün artıq arzuolunmayan dövlət başçısı imici formalaşdırdı. ABŞ və Avropa növbəti 6 ildə məhz öz siyasətlərini Putin üzərində cəmləşdirərək, onun zəifləməsinə və ətrafı tərəfindən devrilməsinə nail olmağa çalışacaq.

Qərblə Rusiya arasında kiber, kəşfiyyat müharibəsi, siyasi-diplomatik müstəviyə keçib deyə bilərik. Bunun hərbi toqquşmaya keçməsi gözlənilməsədə, Ukraynada yenidən müharibənin alovlanmasına gətirə bilər.

Göründüyü kimi Qərblə Rusiyanın siyasi -iqtisadi toqquşması Azərbaycan üçün mühüm manevr imkanları yaratsa da, hər iki tərəf rəsmi Bakıdan seçim etməsini tələb edə bilər. Əgər, bu tələb hər iki tərəfdən gələcəksə, rəsmi Bakı ilk növbədə Qarabağ münaqişəsinin həllini masaya qoymalı və hansı gücün həll prosesinə real dəstək verəcəksə, onun yanında olacağını bildirməlidir. Təbii ki, Rusiyanın buna gedəcəyi gözlənilməsə də, Qərbin müəyyən dərəcədə real siyasi dəstək verəcəyi mümkündür, amma bu dəstək işğalçıya təzyiq kimi tətbiq edilməyəcək.

Göründüyü kimi Qərblə Rusiyanın siyasi-diplomatik toqquşması regional münaqişələrin həllinə mənfir təsir etməklə, Qarabağ münaqişəsinin həllində vasitəçi olan hər iki tərəfin "Minsk qrupu" formatında birgə əməkdaşlığını mümkünsüz edir.
XƏBƏR LENTİ
SORĞU