12 mar 09:10region

İran İraqdan intiqam alır

İran İraqdan intiqam alırİran davamlı olaraq İraqın təbii sərvətlərini istismar edir.

Axar.az xəbər verir ki, bu barədə “Bağdad Post” qəzetində yayımlanmış bir araşdırmada bildirilib.

“İraq 1980-1988-ci illərdə yaşanan müharibədə İranı böyük itkilərə məruz qoydu, uğursuzluğa düçar etdi. Hazırda rəsmi Tehran o savaşda verdiyi itkilərin intiqamını almağa çalışır. İran həmişə iraqlılara zərər vermək istəyən bir qonşu olub. Bu ölkə İraqı parçalayıb özünə götürmək üçün hər cür yola əl atır”, - araşdırma yazısında deyilir.

Yazıda həmçinin qeyd olunur ki, İraq BMT-dən müşahidəçi tələb edərək, araşdırma başlatmalıdır:

“Müşahidəçi təyin olunsa, dünyada böyük xaos yaranacaq və İranın İraqın pullarını necə mənimsədiyini görən hər kəs şoka düşəcək”.

Müəllif İranın Amerikanın İraqda apardığı müharibə zamanı Bağdada məxsus xeyli silah-sursatı oğurladığını yazıb.
loading...
XƏBƏR LENTİ
SORĞU