10 mar 18:13region

Türkiyənin hədəfi: S-400-dən imtinada “Patriot” şərti – Şərh

Türkiyənin hədəfi: S-400-dən imtinada “Patriot” şərti – ŞərhTürkiyə ABŞ-ın “Patriot” sistemlərini təkcə almaq yox, həm də istehsal etmək istəyir.

Bu sözləri Axar.az-a Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasını şərh edən millət vəkili Rasim Musabəyov deyib.

“Düzdür, Türkiyə və ABŞ-ın maraqları heç də hər zaman üst-üstə düşmür. Yaxın Şərqdə, Suriya və İraqda tərəflər arasında narazılıqlar var. Türkiyə böyük dövlətdir və ABŞ-ın qoltuğunun altına sığınmaq niyyətində deyil. Eyni zamanda, bu heç də Türkiyənin Rusiyanın əlaltısına çevriləcəyi anlamına gəlməməlidir. Türkiyə hazırda xarici siyasətini, o cümlədən silahla bağlı siyasətini müəyyənləşdirir. Söhbət yalnız ABŞ-dan hansısa silahların alınmasından getmir. Ankara həm də ABŞ-dan alacağı “Patriot” sistemlərini özü istehsal etmək istəyir. Türkiyə bununla ABŞ-dan asılılığını azaltmağı düşünür. Bu da kimin hansı şərtləri təklif etməsindən asılıdır. Türkiyə hazırda seçim edir və öz dəst-xətti var”.

R.Musabəyov bildirib ki, Türkiyənin ABŞ-dan sözügedən silahları alması Moskva və Ankara arasında münasibətlərin gərginləşməsi üçün səbəb olmamalıdır:

“Çünki Türkiyə Rusiyanın müttəfiqi deyil. Yəni bu dövlətlərin hansısa məsələlərdə mövqeləri üst-üstə düşdükdə, əlaqələri möhkəmləndirirlər. Ancaq hər iki tərəf öz xətti ilə gedir”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin hava hücumundan müdafiəyə ehtiyacını təmin etmək üçün ABŞ-ın təsdiqləyəcəyi halda “Patriot” sistemlərini ala biləcəyini açıqlayıb. Bu isə Türkiyənin S-400-lərdən imtinası anlamına gəlir.
loading...
XƏBƏR LENTİ
SORĞU