27 fev 10:15region

ABŞ yenə təhdid etdi: Türkiyə S-400-ləri alsa...

ABŞ yenə təhdid etdi: Türkiyə S-400-ləri alsa...Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəsi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:

“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapması, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi.
XƏBƏR LENTİ
SORĞU