26 fev 11:38region

Odessada Ermənistana qarşı etiraz aksiyası keçirildi - Foto

Odessada Ermənistana qarşı etiraz aksiyası keçirildi - FotoUkraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən AzVision.az-a verilən xəbərə görə, öncə şəhərin mərkəzi hissəsindən “Xocalı soyqırımı!!!”, “Cinayətkarlar cəzalandırılsın!!!”, “Xocalıya ədalət!!!” şüarları ilə avtomobil yürüşü keçirilərək aksiya iştirakçıları Ermənistanın Odessadakı Baş Konsulluğu qarşısında toplaşıblar.

Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəkləri vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU