16 fev 11:00region

ABŞ-dan Türkiyəyə sanksiya xəbərdarlığı: S-400...

ABŞ-dan Türkiyəyə sanksiya xəbərdarlığı: S-400...ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək.

Report xəbər verir ki, Noyert bu müqavilənin NATO razılaşmasını poza biləcəyini bildirib.

"Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni təəccübləndirəcək", deyə - Noyert qeyd edib.

ABŞ rəsmisi "İncirlik" hərbi bazasından istifadə üçün Türkiyə tərəfdən hər hansı maneənin olmadığını da deyib. "Türkiyə İŞİD-ə qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir. İncirlikdən əməliyyatlarımızı davam etdiririk", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.
XƏBƏR LENTİ
SORĞU