15 fev 16:27region

Rus hərbçilər tələyə düşdü: 15 ölü

Rus hərbçilər tələyə düşdü: 15 ölüSuriyada hərbi anbarın partlaması nəticəsində Rusiyanın özəl hərbi şirkətlərindən birinə məxsus 15 muzdlu həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qardian” qəzeti yayıb. İnsidentin Deyr əz-Zor vilayətinin şimal-şərqində baş verdiyi bildirilir.

Muzdlular burada Suriya hökumətinin nəzarətində olan neft və qaz yataqlarının mühafizəsinə cavabdeh olublar. Onlar həmçinin hökumət qüvvələrini Suriya Demokratik Qüvvələrinin nəzarətində olan yataqlara irəlilədikləri vaxt müşayiət ediblər. Bu zaman Əsəd rejiminin əsgərləri silah anbarına daxil olmaq istəyiblər, amma anbarda quraşdırılan tələyə düşüblər. Nəticədə 23 nəfər həlak olub ki, bunun 15-i rus muzdlularıdır.

Qeyd edək ki, bundan öncə ABŞ ordusu Deyr əz-Zora aviazərbələr endiriblər. Nəticədə “Vaqner” şirkətinə məxsus onlarla muzdlu həlak olub.
XƏBƏR LENTİ
SORĞU