05 fev 13:12region

Kiyevdə azərbaycanlı Ukrayna hərbçisini öldürdü

Kiyevdə azərbaycanlı Ukrayna hərbçisini öldürdüUkraynanın hüquq-mühafizə orqanları ölkə paytaxtı Kiyevdə hərbçini qətlə yetirmiş azərbaycanlını saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət fevarlın 1-nə keçən gecə Kiyevin Dneprovski rayonu ərazisindəki restoranlardan birində baş verib.

İki qrup şəxs arasında münaqişə zamanı kişilərdən biri xidmətdən kənar vaxtda həmin restoranda olan 21 yaşlı hərbçinin boyun nahiyəsinə bıçaqla ölümcül zərbə endirib.

Qətl törədən şəxs hadisə yerindən qaçıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin 31 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Fevralın 3-də o, Ukraynanın Zaporojye vilayətində saxlanılıb və ona qarşı Ukrayna CM-in 115-ci maddəsinin birinci hissəsi (qəsdən adam öldürmə) üzrə ittiham elan olunub.

Saxlanılmış şəxs barəsində bu gün həbs qətiimkan tədbiri seçiləcək.
XƏBƏR LENTİ
SORĞU