03 fev 10:37region

“Kreml hesabatı”ndakı 5 azərbaycanlının – Sərvəti

“Kreml hesabatı”ndakı 5 azərbaycanlının – SərvətiABŞ-ın bir müddət öncə dərc etdirdiyi “Kreml hesabatı”nın rusiyalı oliqarxlar bölməsində əslən azərbaycanlı olan 5 milyarderin də adı yer aldı.

Axar.az siyahıda yer alan 5 azərbaycanlı milyarderin sərvətini təqdim edir:

1. Vahid Ələkbərov – “Lukoyl” şirkətinin prezidenti. “Forbes” jurnalının Rusiya üçün tətbiq etdiyi reytinq cədvəlində 6-cı yeri tutur. 2017-ci il üçün onun sərvəti 14,4 milyard dollardır.

2. Zarax İliyev – Rusiyanın “daşınmaz əmlak krallarından” biri sayılır. O, “Forbes”in araşdırmasına əsasən Rusiyada 34-cü ən varlı şəxs olub. Onun sərvəti keçən il 3,1 milyard dollar olub. Əsas şirkəti “Kiyevski ploşad” şirkətlər qrupudur. İliyev digər azərbaycanlı milyarder Qod Nisanovla ortaqdır.

3. Qod Nisanov – Rusiyanın 36-cı ən varlı şəxsi sayılır. Sərvəti 3,1 milyard dollar səviyyəsindədir. Qod Nisanov əslən Qubanın Qırmızı qəsəbəsindəndir. Rusiyanın “daşınmaz əmlak krallarından” biri sayılır.

4. Araz Ağalarov – Rusiyanın ən zəngin 51-ci şəxsi sayılır. “Krokus qrup”un rəhbəridir. Ağalarovun sərvəti 1,7 milyard dollardır.

5. Fərhad Əhmədov – Rusiyanın ən varlı 64-cü şəxsi sayılır. Onun sərvəti 1,3 milyard dollar səviyyəsindədir. 2004-2009-cu illərdə Rusiya Federasiya Şurasında senator olub.
loading...
XƏBƏR LENTİ
SORĞU