01 fev 18:32region

Türk milyonçudan Azərbaycana xəyanət: Şuşadakı məscidi bərpa edir

Türk milyonçudan Azərbaycana xəyanət: Şuşadakı məscidi bərpa edirAzərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərindəki tarixi Yuxarı Gövhər ağa məscidini qazaxıstanlı milyarder Kayrat Boranvayev bərpa edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Ermənistanın İnkişaf Təşəbbüsləri” (İDeA) fondunun məlumatında deyilir.

Fondun Feysbuk səhifəsində yayılmış məlumatda qeyd olunur ki, “İDeA fondunun donoru, sahibkar Kayrat Boranbayev bu unikal abidənin bərpasına ianə bağışlamaq arzusunu bildirdi. Bu, təkcə Şuşanın tarixi-mədəni mirasının qorunmasına yox, həm də “Arsax”ın (Dağlıq Qarabağ - red.) turizm xəritəsində yeni mərkəz yaratmağa imkan verəcək”.

“Forbes Qazaxıstan”ın reytinqində 13-cü yerdə qərarlaşan qazax biznesmenin bu addımını Ermənistan hökuməti “müsəlman abidələrinin qorunması” olaraq təqdim edir. Halbuki, monolit ölkə olan Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın tarixi-dini irsinə böyük zərbə vurub. Kayrat Boranbayevin işğal olunmuş torpaqlara investisiya yatırması Azərbaycanın və beynəlxalq qanunvericiliyinə ziddir. Türk əsilli milyonçunun bu addımı Azərbaycana qarşı böyük xəyanətdir.
loading...
XƏBƏR LENTİ
SORĞU