01 fev 11:56region

İŞİD Rusiyada seçki günü terror törədəcəkdi

İŞİD Rusiyada seçki günü terror törədəcəkdiRusiyanın Nijni Novqorod şəhərində prezident seçkiləri günü terror aktı törətmək istəyən İŞİD terror qruplaşmasının üzvləri zərərsizləşdirilib.

AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, terrorçular saxlanılarkən silahlı müqavimət göstəriblər, lakin xidmətin xüsusi bölmələri onları neytrallaşdırıb.

Cinayətkarların yaşadığı əraziyə keçirilən baxış zamanı orada partlayıcı qurğuların hazırlanması üçün komponentlər, odlu silah və döyüş sursatı aşkar edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU