30 yan 10:34region

ABŞ Rusiyanın rəsmi şəxslərinə sanksiyalar tətbiq edəcək - “Kreml hesabatı” Konqresə verildi

ABŞ Rusiyanın rəsmi şəxslərinə sanksiyalar tətbiq edəcək - “Kreml hesabatı” Konqresə verildiABŞ Maliyyə Nazirliyi Konqresə "Kreml hesabatı" adlı sanksiya sənədi təqdim edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, sənədə Rusiya Federasiyasının 114 yüksək vəzifəli məmurları, 96 nəfər rusiyalı iri oliqarxlar olmaqla, ümumilikdə 210 nəfərin adı daxil edilib.

"Kreml hesabatı" adlı sənədə Rusiyanın baş naziri Dimitri Medvedev, Nazirlər Kabinetinin üzlərindən xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və rabitə naziri Nikolay Nikiforov daxil edilib.

Siyahıya Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və prezidentin köməkçisi Vladislav Surkov, həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Qromov, məsləhətçilər Klimenko, Qlazyev də daxil edilib. Sənəddə o cümlədən, Matvienko, Volodin, Seçin, Miller, Narışkin, Bortnikov, Mixail Fedotov, biznes ombudsmanı Boris Titovun da adı var.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU