27 yan 17:04region

İran mediası Türkiyə əleyhinə kampaniya başlatdı

İran mediası Türkiyə əleyhinə kampaniya başlatdıİran mediası Türkiyənin terror təşkilatlarına istiqamətlənmiş “Zeytun budağı” hərbi əməliyyatlarına qarşı qaralama kampaniyası başladıb.

Axar.az xəbər verir ki, bir sıra xəbər agentlikləri və qəzetlər Afrin əməliyyatlarını suriyalı kürdlərlə qarşıdurma adlandırıb.

Ölkənin rəsmi və mühafizəkar “İran” qəzeti Afrin hərəkatını “Türkiyə Suriya kürdlərinə qarşı əməliyyatlara başladı”, “Prezident Rəcəb Tayyib Ərdoğanın yeni macərası”, “Suriyanın şimalındakı xalqa qarşı hava hərəkatı” başlıqları ilə tirajlayıb.

“Etimad” qəzeti isə Afrin əməliyyatlarının səbəbini özünəməxsus şəkildə açıqlayıb: “Kürd silahlı ünsürlərinin Əsəd rejiminin yanında olması, terror təşkilatının rəhbəri Abdullah Öcalana tabe olması və PKK-nın əmri ilə hərəkət etmələri...”

Qeyd edək ki, Türkiyə “Zeytun budağı” əməliyyatı ilə sərhədləri yaxınlığında yaradılmış terror koridorunu yarmaq niyyətindədir.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU