16 yan 10:47region

Kiyev azərbaycanlı məmura casusluq təklif etdi

Kiyev azərbaycanlı məmura casusluq təklif etdiUkrayna Milli Antikorrupsiya Bürosu mənə əməkdaşlıq təklif edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri, milliyyətcə azərbaycanlı olan Roman Nəsirov söyləyib.

“Bir neçə dəfə dedilər ki, mən köməkdən imtina etsəm, o zaman şübhə altına düşəcəyəm. Kömək etmək nə deməkdir? Büroda bunu əməkdaşlıq hesab edirdilər. Fikrimcə, bu, şantaj idi. Mən onların xəfiyyəsi olmaqdan imtina etdim”, - Nəsirov bildirib.

Qeyd edək ki, Nəsirov bundan öncə öz səlahiyyətlərindən sui-istifadə də və dövlətə 2 milyard qriven ziyan vurmaqda ittiham edilib.
XƏBƏR LENTİ
SORĞU