10 yan 10:59region

Dünya supergücləri Bakını niyə seçdi – 4 mühüm səbəb

Dünya supergücləri Bakını niyə seçdi – 4 mühüm səbəbBelə bir görüş üçün platforma olaraq Bakının seçilməsi bir sıra mətləblərdən xəbər verir.

Bunu Axar.az-a NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda gözlənilən görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib.

“Birincisi, görüş müstəvisi olaraq Bakının seçilməsi təhlükəsizliyə verilən təminat baxımından çox mühüm siyasi əhəmiyyət kəsb edir.

İkincisi, Azərbaycan balanslı siyasət yürüdür və heç bir hərbi blokun üzvü deyil, eyni zamanda, NATO və Rusiya ilə əlaqələr normal səviyyədədir.

Üçüncüsü, Bakı sözügedən görüşdə müzakirə olunacaq problemlərin aid olduğu ərazilərdən çox da uzaqda yerləşmir.

Dördüncüsü, Cənubi Qafqazda Gürcüstan və Ermənistanın seçilməməsinin səbəblərinə gəldikdə, Gürcüstan NATO-ya həddindən artıq yaxındır və alyansın diqtəsi ilə oturub-durur. Ermənistan isə Rusiyanın müttəfiqidir və burada rus bazaları yerləşir”, - ekspert bildirib.

Politoloq Skaparotti ilə Gerasimovun Bakıda müzakirə edəcəyi əsas məsələlərə də toxunub:

“Tam məxfi saxlanılsa da, görüşdə Suriya böhranı, terrorla mübarizə, ən əsası isə NATO və Rusiyanın toqquşma ehtimalı, Səudiyyə Ərəbistanında baş verənlərin müzakirə olunacağını düşünürəm. Eyni zamanda, Cənubi Qafqazda müəyyən antiterror əməliyyatların keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən məlumatların mübadiləsi də aparıla bilər”.

Qeyd edək ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.
loading...
XƏBƏR LENTİ
SORĞU