06 yan 18:34region

İranın hazırkı dini-ideoloji rejimi Azərbaycan üçün təhlükəlidir - Politoloq

İranın hazırkı dini-ideoloji rejimi Azərbaycan üçün təhlükəlidir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

İranda spontan xarakterli etirazlar Tehran teokratik rejiminin siyasətində tektonik effekt verdi. Bu etirazlar rejimin müəyyən islahatlar aparmasına gətirib çıxaracaq. Prezident Həsən Ruhanin islahatlar anonsu bunu deməyə əsas verir. Elan edilən islahatlar anonsuna rəğmən ölkənin ayrı-ayrı regionlarında etiraz aksiyaları öz aktuallığını saxlayacaq.

Bu etirazların kökündə iqtisadi-sosial faktorlar və rejim daxilində mühafizəkar-islahtçılar qarşıdurması görünsə də, əsas məqsəd İranda rejimi laxlatmaqdan və gələcək perspektidə rejimin dəyişilməsinə hesablanıb.

Qeyd edim ki, İran Yaxın Şərqdə fəal və təsir edici regional münaqişədə əsas tərəfdir və regionun şəkilləndirilməsində bilavasitə iştirak edir. Regional münaqişədə Hizbullah, Husilər və Haşdi-şabi kimi güclü silahlı qruplara dolayı yolla malikdir. Bu silahlı təşkilatlar vasitəsi ilə Suriya, İraq və Yəməndə İranın hərbi iştirakı danılmaz faktdır.

Obama administrasiyasının dəstəyi ilə iqtisadi sanksiyalardan azad olan İran Yaxın Şərqdə öz "5-ci" kolonuna kifayət qədər maliyyə və hərbi-lojistik dəstəyi davam edir. Məhz İranın əsas maliyyəsi, bu silahlı qrupların güclənməsinə sərf edilir. Bununlada İranın iqtisadi-sosial sahəyə kifayət qədər maliyyə ayrımaması ciddi narazılığa zəmin yaratdı.

ABŞ-ın İrana qarşı, yenidən iqtisadi sanksiyaları tətbiq etməsi, İranın yuxarıda qeyd etdiyim silahlı qruplara dəstəyinin zəifləməsinə hesanlanıb.

ABŞ və İsrail İranı ram etmək və Yaxın Şərqdə mövqelərini zəiflətməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

İranda yaşanan aksiyalara fikir versək, bu aksiyalar, əsasən farsların yaşadığı ərazilərdə baş verir. Qeyd edim ki, İranda iqtisadi inkişaf əsasən fars əyalatləridi. Azərbaycan türklərinin yaşadığı regionlar isə, kifayət qədər iqtisadi cəhətdən zəif regionlardı.
Bu etirazlar iqtisadi cəhətdən zəif regionlarda baş verməli idi. Amma bu etirazlarda iqtisadi inkişaf cəhətdən zəif olan türklər deyil, inkişaf edən farslar əsas rol oynayır.

Xüsusi olaraq qeyd edim ki, ABŞ və Qərb ölkələri İranda hakim rejimi Azərbaycan türklərinin əli ilə dəyişmək istəmirlər. Çünki, bu etirazlar Cənubi Azərbaycanda mill azadlıq hərəkatına səbəb ola bilər. Bu milli azadlıq hərəkatı fonunda baş verənlərə Azərbaycan və səssiz qalmayacaq. Baş verən proseslər müəyyən zamanla böyük bir türk xalqın birləşməsinə gətirə bilər.

Azərbaycanın birləşməsi nəticəsində böyük bir dövlətin yaradılmasına ABŞ qəti imkan verməz. Ona görə də İranda bu aksiyalara ABŞ-ın birmənalı şəkildə dəstək verməsi və rejimin dəyişilməsi planında əsasən farslar yer alıb. .

Baxmayaraq ki, İranın Ali dini lideri Əli Xamneyi etnik cəhətdən azərbaycan türkdü. Qeyd edək ki, İran inqilabının əsas fiqurlarından olan Ali dini lider Əli Xamneyi İranın Məşhəd şəhərində dünyaya gəlib. Əsasən fars millətçiliyi və dini- məzhəb ruhunda təhsil alıb. Onun siyasi xadim kimi İranda azərbaycan türklərinə hazırda heç bir aidiyyati yoxdur.

Demək olar ki, İranda bu aksiyalar başlanğıcdı və kifayət qədər ciddi problemlərdən xəbər verir. Sonda qeyd edim ki, İranın hazırkı dini-ideoloji rejimi Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir.
aynur
6 yanvar 2018 22:28
Siyasi xadim kimi olmasa da Ali dini rehber kimi neinki Iran azerbaycanlilarina,burda mene bele aidiati var. Onun nufuzu hec bir zaman duwmen deyirmanina su token dinsizlere kafir araqariwdiran etirazcilara gore leke gormeyecek biiznillah.
[treecomments][reply]ответить[/reply][/treecomments] цитировать
[rating-type-2]
{rating}
[rating-plus]Нравится[/rating-plus]
[/rating-type-2] [rating-type-3]
[rating-minus]-[/rating-minus]
{rating}
[rating-plus]+[/rating-plus]
[/rating-type-3]
XƏBƏR LENTİ
Dünən, 15:14
Dünən, 13:44
SORĞU