06 yan 16:32region

Azərbaycanlı iş adamı itkin düşdü

Azərbaycanlı iş adamı itkin düşdüUkraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb.

APA-nın məlumatına görə, 1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir.

S. Əhmədəliyev uzun müddət Xarkov şəhərində, vilayətin bir neçə şəhər sovetində çalışıb. Son zamanlar isə kənd təsərrüfatı sahəsində bizneslə məşğul olub.

Son bir neçə ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamlarının oğurlandığı, bəzilərinin qətlə yetirildiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu cinayət işi qaldırsa da, nəticəsi yoxdur.
XƏBƏR LENTİ
Dünən, 01:28
22-10-2020, 13:32

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.