03 yan 20:08region

İsraildən böyük əməliyyat: İran casusları ələ keçdi

İsraildən böyük əməliyyat: İran casusları ələ keçdiİsrail Təhlükəsizlik Xidməti (ŞABAK) İordan çayının qərb sahilində fəaliyyət göstərən İran casuslarını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Haaretz” qəzeti yayıb.

Əməliyyat nəticəsində 3 fələstinli həbs edilib. Həbs olunanlar arasında 29 yaşlı kompüter mühəndisi Məhəmməd Maxarmexa da olub.

İran kəşfiyyatının bu şəxsi Cənubi Afrika Respublikasındakı qohumu vasitəsilə 2015-ci ildə təsir dairəsinə saldığı vurğulanıb.
XƏBƏR LENTİ
SORĞU