03 yan 16:34region

İranda yeni mitinq — Hökümət tərəfdarları ayağa qalxdı

İranda yeni mitinq — Hökümət tərəfdarları ayağa qalxdı İranda hakimiyyətə dəstək aksiyası keçirilir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

Hökumətə və rejimə qarşı etiraz aksiyalarından sonra bu gün on minlərlə insan hakimiyyətə dəstək məqsədilə yürüşə başlayıb.
Qeyd edək ki, ötən gün İranın ali lideri Ayətullah Əli Xamneyi etiraz aksiyaları ilə bağlı ilk açıqlamasında "düşmənlərin ölkədə üsyan təşkil etmək üçün pul, silah və casuslardan istifadə etdiklərini" bildirmişdi.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.
XƏBƏR LENTİ
SORĞU