02 yan 13:00region

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatıb

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatıbİranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

Bu barədə Trend IRIB dövlət telekanalına istinadən məlumat verir. Bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb.

Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının dayandığını bildirmişdi. O, etirazların bir neçə gündən sonra başa çatacağını deyib.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU