İran Qüdsü paytaxt elan etdi

İran Qüdsü paytaxt elan etdiİran parlamenti Qüdsün Fələstinin daimi paytaxtı olması ilə bağlı qanun layihəsini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin rəsmi orqanı olan İCANA informasiya yayıb.

Məlumata görə, qanun layihəsinin əleyhinə heç bir millət vəkili səs verməyib və 207 səslə qəbul edilib.

“Layihənin ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan edərək Fələstin xalqı və müsəlmanlara zərbə vurmaq istədiyi bir vaxtda təsdiq edilməsi olduqca əhəmiyyətlidir”, - İran parlamentinin sədri Əli Laricani deyib.