Səudiyyə Ərəbistanı İranı cəzalandırmağı tələb edir

Səudiyyə Ərəbistanı İranı cəzalandırmağı tələb edirSəudiyyə Ərəbistanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin İranla bağlı bəyanatını alqışlayır.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, rəsmi Ər-Riyad İrana qarşı təcili tədbirlərin görülməsini tələb edir.

Bir qədər əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli İranı Yəməndəki husilərə silah verməkdə ittiham edərək Tehrana qarşı müəyyən tədbirlərin görülməsini tələb etmişdi.

Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi olan SPA məlumat verir ki, ABŞ-a İranın Yəmənlə bağlı planı haqqında məruzə təqdim edilib. Məruzədə o da qeyd edilir ki, İran husilərə kömək etməklə BMT TŞ-nın qətnamələrini pozub.

İran tərəfi isə bütün ittihamları rədd edir. İran İslam Respublikasının BMT yanında daimi nümayəndəliyinin yaydığı məlumata görə, bu, əsassız, məsuliyyətsiz, təxribat xarakterli və destruktiv ittihamdır.