05 dek 13:05region

Saakaşvili həbs edildi – Video

Saakaşvili həbs edildi – VideoMixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb.

Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze Saakaşvilinin hazırda yaşadığı binanın damında olduğunu bildirib. Eks-müavin həmçinin hazırda onun evində axtarış aparıldığını vurğulayıb.

***

Hazırda Saakaşvili evin damında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıq aparır. Siyasətçi bildirib ki, ona toxunacaqları təqdirdə özünü damdan atacaq.

***

Saakaşvilinin yaşadığı binanın önündə onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb.

Artıq hüquq-mühafizə orqanları da siyasətçinin evində yoxlamalar apardığını təsdiqləyiblər. Yoxlamalarda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak ediblər. Ukrayna mətbuatı isə yoxlamaların Saakaşvilinin mitinqlərinin Yanukoviç hökumətinin nümayəndələri tərəfindən maliyyələşdirilməsi ittihamı ilə bağlı aparıldığı haqqında informasiya yayıb.

Saakaşvili həmçinin evinin damından tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını provokasiyaya getməməyə çağırıb. Saakaşvili həmçinin onu Pyotr Poroşenkonun əmri ilə həbs etmək istədiklərini söyləyib.

***

Saakaşvilinin tərəfdarları liderlərinin həbs edildiyi görüntüsünü yayıblar.
XƏBƏR LENTİ
SORĞU