29 noy 14:21region

“İran terrorizmin babasıdır” - Nazir

“İran terrorizmin babasıdır” - NazirSəudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Avvad, terrorizmin ilk dəstəkləyicisinin İran olduğu iddiası ilə çıxış edib

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazir Avvad Qahirədə keçirilən Ərəb Nazirlərinin İcra Toplantısında Misir məscidində baş verən terrorist hücumunu qınayıb. Terrora qarşı mübarizə məsələsində ölkəsinin Misirə dəstək verdiyini xatırladan Avvad, terrorla mübarizədə birgə çaba göstərməyin vacibliyini vurğulayıb. O, bu məsələdə media ilə yanaşı, müxtəlif yollarla mübarizə aparmağın zəruriliyini ifadə edib.

İranın terrorizmə dəstək verdiyini vurğulayan səudiyyəli nazir həmçinin, "İran terrorizmin ilk dəstəkçisi, qurucusu və babasıdır" ifadələrini işlədib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.