25 noy 09:11region

İsrail 30 nəfər Gürcüstan vətəndaşını ölkəyə buraxmayıb

İsrail 30 nəfər Gürcüstan vətəndaşını ölkəyə buraxmayıbİsrail dövləti 30 nəfər Gürcüstan vətəndaşını ölkəyə buraxmayıb.

Axar.az xəbər verir ki, onların sırasında Telavi bələdiyyəsinin sabiq deputatı Kaxaber Enukişvili və onun həyat yoldaşı da olub.

Ölkə mətbuatının yazdığına görə, Gürcüstan vətəndaşları İsrailin Təl-Əviv aeroportunda saxlanılıblar. Onlara heç bir xəbərdarlıq və ya izahat verilmədən geri qaytarılıblar.

Qeyd olunur ki, İsrail ilə Gürcüstan arasında vizasız rejim sistemi mövcuddur.

Mətbuat yazır ki, bu, ilk hadisə deyil, cari ildə yüzlərlə Gürcüstan vətəndaşı İsrailə buraxılmayıb. 2017-ci il iyulun 1-dək İsrail dövləti 1500 nəfər Gürcüstan vətəndaşını ölkəyə buraxmayıb.
XƏBƏR LENTİ
Bu gün, 16:07
Bu gün, 14:39
SORĞU