16 noy 11:01region

İranda növbəti zəlzələ

İranda növbəti zəlzələİranın qərbində 4,0 və 3,8 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Məlumata görə, ilk zəlzələnin episentri İranın Kirmanşah şəhərindən 17 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə, ikinci zəlzələnin episentri isə Sərpol-Zəhab şəhərindən 32 km şimal şərqdə, ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 12-də İraq-İran sərhədində 7,2 bal gücündə olan zəlzələ böyük dağıntılara və tələfata səbəb olub. Kirmanşah əyalətində 3 günlük matəm elan edilib.
XƏBƏR LENTİ
SORĞU