12 noy 19:51region

Erməni və azərbaycanlı qanuni oğrular ittifaq yaradır

Erməni və azərbaycanlı qanuni oğrular ittifaq yaradırRusiya mafiyasına liderlik uğrunda savaşa başlamaq üçün əslən erməni olan qanuni oğru Eduard Asatryan (Edik Osetrina) güclü koalisiya yaradır.

Bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik artıq Asatryanın Gela Kardava (Gela Qalski) və Vaqif Süleymanovla (Vaqif Bakinski) ittifaq yaratdığını bildirib:
“Asatryan hər gün müxtəlif qanuni oğrularla danışıqlar aparır. Tərəfdarlarını daha çox keçmiş dostları arasında axtarır. Mənbəmizin məlumatına görə, Asatryan qanuni oğru Georgi Diakvnişvili (Giya Dlinnıy) ilə razılaşma əldə edib. Vaqif Süleymanovla da məsləhətləşmələrə start verilib. Maraqlı məqam odur ki, Aslan Usoyanın (Ded Xasan) dönəmində Süleymanov Asatryana heç də yaxşı münasibət bəsləmirdi.

Vaqifin indi ciddi maliyyə resursları var. O, böyük göy bazarındakı bir sıra proseslərə nəzarət edir. Vaqif hər zaman böyük döyüşçülər qrupu olmamasından əziyyət çəkib. Məhz buna görə bir zaman o, Nadir Səlifovla (Lotu Quli) koalisiyaya girməyə məcbur olub. O zaman da bu ittifaq ilk baxışdan etibarlı görünmürdü və daha çox ümumi düşmən sayılan Rövşən Lənkəranskiyə qarşı nəzərdə tutulmuşdu. Rövşənin ölümündən sonra Vaqif yeni güc axtarmaq məcburiyyətində qalıb və bunu Asatryanın yanında tapıb. Vaqif və Asatryanın həmçinin ümumi düşməni də tapılıb. Bu, Dağıstandan olan qanuni oğru Əmirdir”. //axar.az
loading...
XƏBƏR LENTİ
SORĞU