11 noy 12:43region

Saakaşvilinin 11 yaşlı oğlu saxlanıldı

Saakaşvilinin 11 yaşlı oğlu saxlanıldıGürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvilinin oğlu saxlanılıb.

Bu barədə Saakaşvili özü sosial şəbəkədə məlumat verib. Siyasətçi bildirib ki, oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb: "2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı Borispol Hava Limanında saxlanılıblar. Mənim yanıma gələn həmin əməkdaş rəsmi olaraq xidmət başındadır. Onların sənədləri yerindədir. Lakin səbəb göstərilmədən onları xüsusi otaqda saxlayırlar. Məsələni araşdırmaq üçün hava limanına gedirəm”.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Mixail Saakaşvilinin Ukraynada leqal yaşamasına icazə verilib.
XƏBƏR LENTİ
SORĞU