Lənkəranskinin yaxın dostu, “Lotu Quli”nin qatı düşməni “Kor Hüseyn” həbs edildi — FOTO

Lənkəranskinin yaxın dostu, “Lotu Quli”nin qatı düşməni “Kor Hüseyn” həbs edildi — FOTOOktyabrın 24-də Çeçenistanın paytaxtı Qroznı şəhərində daha bir məşhur “qanuni oğru” həbs edilib.

Bu barədə Rusiyanın məşhur kriinal saytı olan “Praym-Kraym” məlumat yayıb. Verilən məlumata görə, saxlanılan şəxs kriminal aləmdə “Kor Hüseyn” ləqəbilə tanınan “qanuni oğru” Hüseyn Əhmədovdur.

Saxlanılan 51 yaşlı Hüseyn Əhmədovun üzərindən çoxlu narkotik maddə aşkar edilib. Onu naməlum şəxsin gizli zəngi əsasında saxlayıblar.

Qeyd edək ki, 51 yaşlı “Kor Hüseyn” tanınmış “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından biridir. O, həm də “Lotu Quli”nin qatı düşmənlərindən sayılır. Bir müddət əvvəl, hələ “Lotu Quli” azadlığa çıxmamışdan əvvəl onun adamları ilə davası da olub. Səbəb isə “Kor Hüseyn”nin çağırdığı “sxodka”ya “Lotu Quli”nin adamlarının müdaxilə etməsi səbəb olub.
Belə ki, Türkiyədən Çeçenistana təzə gələn “Kor Hüseyn” tanınmış “qanuni oğru” “Sabirabadlı Hikmət”in qardaşı oğlu Məmmədqulu Muxtarovu taclandırmaq istəyib. Bunun üçün məclis təşkil edib. Lakin “Lotu Quli”nin adamları ona mane olublar.

Xatırladaq ki, “Kor Hüseyn” bundan əvvəl 6 dəfə məhkəmədə mühakimə olunub. Onlardan 5-də narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılıb.

Ölkə.az