Aqil Acalov: ”BTC yolundan Gürcüstanda yaşayan soydaşlarımız bəhrələnəcəklər”

Aqil Acalov: ”BTC yolundan Gürcüstanda yaşayan soydaşlarımız bəhrələnəcəklər”Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı cənubi Qafqaz məkanında yeni imkanlara yol açacaq.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti,tanınmış ictimai fəal Aqil Acalov BTC dəmiryolunun açılışına münasibət bildirib.

“Dünən böyük tarixi hadisəyə şahidlik etdik. Dünyanın diqqəti Azərbaycanda idi. Cənab prezident İlham Əliyevin açılış mərasimində bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

A.Acalov eyni zamanda, bunun Türk dünyasının siyasi, iqtisadi və sosial, mədəni inteqrasiyasını sürətləndirəcəyini söyləyib:

“Dəmir yolu xətti Mərkəzi Asiya türk dövlətlərində də iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.
Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız bundan bəhrələnəcəklər. Regionda yeni iqtisadi ab-hava yaranacaq”.