30 okt 18:37region

"“Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir"

"“Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir"Sərkisyanın Rusiyaya səfərinin məqsədi Moskvada keçiriləcək Ermənistan mədəniyyəti günlərinin açılışında iştirak etməkdir.

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, mədəniyyət günləri çərçivəsində erməni deputatlarının, parlament sədrinin Moskvaya səfəri anlaşılan olsa da, Ermənistan müdafə nazirinin bu tədbir çərçivəsində Rusiyaya getməsini sağlam məntiqlə izah etmək mümkün deyil:

“Doğrusu, səfər barədə məlumat verən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın bununla nə demək istədiyini anlamaq çox çətindir. Onsuz da “Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir, bura müdafiə naziri də əlavə olunanda bir az çox olur. Ermənistan müdafiə nazirinin mədəniyyət günləri çərçivəsində Moskvaya getməsində bəlkə də Sərkisyan rejiminin mahiyyətini əks etdirən təhtəlşüur bir məqam var. Ermənilər təkcə torpaqlarımıza deyil, mədəniyyətimizə da sahiblənmək istəyirlər. Öz mədəniyyəti, tarixi, dövlətçiliyi olmayan ermənilər Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət yaradıblar. Tariximizi, daşınmaz, daşınar abidələrimizi erməniləşdiriblər, mədəniyyətimizi oğurlayıblar. Azərbaycan mədəniyyətinin qəsb edilməsi Ermənistan üçün həm də hərbi məsələdir. Ermənistan müdafiə nazirinin mədəniyyət günlərində iştirakını yalnız bu kontekstdən dəyərləndirmək olar”.

E.Mirzəbəyli bu arada 2018-ci il martın 1-10-u aralığında Ermənistanda keçiriləcək prezident seçkilərinə də toxunub:

“İşğalçı ölkənin prezidentini bu dəfə parlament seçəcək. Sərkisyanın isə yenidən namizədliyini irəli sürmək hüququ yoxdur. Bu baxımdan da o, nəyin bahasına olursa olsun, baş nazir kürsüsünə yiyələnməyə çalışır. Seçkilərədək onun Moskvanı su yoluna çevirəcəyi zərrə qədər də şübhə doğurmur”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.
XƏBƏR LENTİ
SORĞU