30 okt 16:36region

Gecə klubunda qıza görə azərbaycanlılar arasında atışma: Yaralılar var

Gecə klubunda qıza görə azərbaycanlılar arasında atışma: Yaralılar varRusiyanın Leninqrad vilayətində azərbaycanlılar arasında atışma olub.

Atışma nəticəsində 5 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, yaralılar arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da var.

Gecə klubunda baş verən atışmada yaralananların hamısının azərbaycanlılar olduğu bildirilir.

Atışmaya klubda qıza deyilən qeyri-etik söz səbəb olub.

(Baku.ws)
XƏBƏR LENTİ
SORĞU