Rusiyada qəzet əməkdaşlarını silahlandırır

Rusiyada qəzet əməkdaşlarını silahlandırırRusiyanın "Novaya Gazeta" mətbuatı əməkdaşlarını silahlandırmağa hazırlaşır.
"Ölkə.Az" xəbər verir ki, küçələrdəki qanunsuzluq və hüquq-mühafizə orqanlarının intizamsızlığı bu qərarın qəbul edilməsinə səbəb olub.

Qəzetin baş redaktoru Dmitriy Muratov jurnalistlər üçün pnevmatik tapançalar alınacağını bildirib. Baş redaktor jurnalistlərə silahdan istifadə qaydasının öyrədiləcəyini də qeyd edib. Bunun üçün isə Rusiyanın daxili işlər nazirliyi ilə razılaşacaqlarını bildirib.
Dmitrinin müavini Sergey Sokolov isə "dövlət bizi qoruya bilmirsə, biz özümüzü qoruyarıq"-deyib.