28 okt 13:09region

Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqı

Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqıRus mafiyasının rəhbəri vəzifəsinə yeni namizədlər peyda olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” yayıb. Agentlik hazırkı lider Zaxariya Kalaşovun (Şakro Molodoy) yerinə əsas namizədlərin erməni əsilli qanuni oğru Eduard Asatryan (Edik Osetrina) və Dmitri Çanturiya (Miron) olduğunu bildirib. Məhz bu iki qanuni oğrunun iddiaları Kalaşovun həbsdən çıxmaq ümidinin azalmasından sonra daha da güclənib:

“İki barışmaz düşmənlər özlərini Aslan Usoyanın (Ded Xasan) varisləri elan etmək üçün səylərini artırıblar. Onlar artıq biznesmenlərdən öz hesablarına haqq verilməsini tələb ediblər. Qeyd etmək lazımdır ki, bu, Asatryan və Çanturiyanın mafiyanın başına keçmək üçün ilk cəhdləri deyil”.

“Rosbalt” Asatryanın artıq Moskvaya döndüyünü bildirib. İlk vaxtlar xüsusi xidmət orqanlarından ehtiyatlanaraq Asatryan aktiv fəaliyyət göstərməyib. Belə ki, bu aktivlik ya onun həbsə, ya da hansısa başqa ölkəyə, xüsusilə də Türkiyəyə immiqrasiyası ilə nəticələnə bilərdi. Artıq Asatryanın iki yaxın tərəfdarı ölkədən bu üsulla çıxarılıb. Bunlar Oleq Mixaelyan (Oleq Aşqabadski) və David Gerlianidir (Dato Svan). Hər iki qanuni oğru hazırda Kiprdədirlər və Rusiyaya dönməyə belə cəhd etmirlər.

Edikin Moskvaya dönüşü əslində Moskvadakı güclü qanuni oğruların çoxunda xüsusi rəğbət hissi yaratmayıb. Ona əvvəllərdə qanuni oğrular soyuq yanaşırdılar. Buna isə xüsusilə Asatryanın oğlu, qanuni oğru Sergey Bentlinin bir müddət əvvəl onu qıcıqlandıran mafiozları ortadan xüsusi xidmət orqanlarının yardımı ilə qaldıracağını deməsi olub.

Asatryan uzun müddət Ded Xasanın yaxın adamlarından sayılıb. 2012-ci ildə isə onlar arasında maliyyə məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. 2013-cü ildə Ded Xasanın öldürülməsindən sonra mafiyanın əsas aktivlərini yaxşı bilən Asatryan bunları öz tabeliyinə keçirib, mafiya lideri olmaq istəyib. O zaman bu vəzifəyə əsas namizədlərdən biri də Usoyanın qohumu Dmitri Çanturiya sayılırdı. Asatryanın kriminal aləmdə təsiri, Mironun isə ciddi maliyyə imkanları vardı. Lakin hər iki tərəf bu mübarizədə uduzdu. 2013-cü ildə hər iki qanuni oğrunun tərəfdarlarının görüşündə Mironun adamları Asatryan və oğlunu döydülər. Bundan sonra hakimiyyətə gələn Zaxariya Kalaşov Mironu müəyyən müddətlik taxt iddialarından əl çəkməyə razı sala bildi. Asatryana gəldikdə isə Kalaşov onun heç vaxt sevməyib.

Artıq Asatryan və Miron üçün yeni şans yaranıb. Birincinin təcrübəsi, ikincinin isə maliyyə imkanları rus mafiyasında liderliyi ələ keçirməyə imkan yaradıb.

Asatryan həmçinin ölkədəki böyük biznesmenlərlə də görüşlərə başlayıb. Maraqlı məqam odur ki, Asatryan görüş üçün özünə “Karetnıy dvor” restoranını seçib. Məhz bu restoran Ded Xasanın qərargahı və öldürüldüyü yer hesab olunur.
loading...
XƏBƏR LENTİ
SORĞU