24 okt 21:38region

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyir

Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyirErmənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır.

Bu barədə armtimes.com-un müxbirinə Andranik Qevorqyan özü bildirib.

2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞ dollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib. Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər.

Haqsızlıqla üzləşən vətəndaş polisin qərarından sonra baş prokuror Artur Davtyana, Xüsusi İstintaq Xidmətinin rəisi Vahram Şahinyana, polis rəisi Vladimir Qasparyana və ombudsman Arman Tatoyana müraciət edib. Müsbət nəticə əldə etmədikdən sonra Yerevandakı Kiyev körpüsünə gedib və onu özünü öldürməyə vadar edən həmin məmurların ora gəlməsini tələb edib.

“Mən bundan sonra bu ölkədə bu cür hədə-qorxu altında yaşaya bilmərəm, məcburən Bakıdan vətəndaşlıq xahiş edəcəyəm”, - deyə Andranik Qevorqyan qeyd edib. O, Azərbaycana müraciət edəcəyi barədə hüquq-mühafizə orqanlarını xəbərdar etdiyini deyib: “Mən bu nəticəyə gəlmişəm ki, ölkəmdə hədə-qorxu altında qalmaqdansa, Bakıda olsam daha yaxşıdır”.(azvision.az)
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.