22 okt 09:47region

Saakaşvilinin daha iki adamı oğurlandı

Saakaşvilinin daha iki adamı oğurlandıMixail Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb. O, itən şəxslərin adlarının Mixail Abzianidze və David Mikaşvili olduğunu bildirib. Saakaşvili adını çəkdiyi şəxslərdən birincisinin öz sürücüsü, ikincisinin isə Gürcüstan ordusunun polkovniki olduğunu bildirib.

Qeyd edək ki, Saakaşvili az öncə özünün keçmiş mühafizə rəisi Georgi Rubaşvilinin oğurlandığı haqqında məlumat yaymışdı.
XƏBƏR LENTİ
SORĞU