21 okt 22:46region

Gürcüstanda seçkilər başa çatdı — Hakim partiya qələbə qazanıb

Gürcüstanda seçkilər başa çatdı — Hakim partiya qələbə qazanıbGürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb.

Keçirilən bələdiyyə seçkilərində “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 58 faiz səs toplayıb. Bu nəticələrə “Edison Richer” təşkilatının keçirdiyi “exit-pol”dan sonra gəliblər.

“Rustavi-2” telekanalınını verdiyi məlumata görə, “Exit-polun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini qazanıb. Bundan başqa, “Milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıb.
Qeyd edək ki, bu gün 73 seçki dairəsinin 3634 məntəqəsində seçki keçirilib. Səhər saat 08:00-da başlayan proses saat 20:00-da yekunlaşıb. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib. Seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.

Hazırda səslərin hesablanması prosesinə başlanılıb.
olke.az
XƏBƏR LENTİ
Dünən, 16:07
SORĞU