19 okt 17:22region

Kərkükün azad edilməsində türk kəşfiyyatının İZİ: “Hakan Fidan...”

Kərkükün azad edilməsində türk kəşfiyyatının İZİ: “Hakan Fidan...”Bir güllə belə atmadan Kərkük, Mosul və Sincardan qaçan Məsud Bərzani rejimi məğlubiyyətə uğramalarının əsas səbəbkarının Türkiyə olduğunu bildirib.

Publika.az xəbər verir ki, Şimali İraq Kürd Muxtariyyətinin sözçüsü Sadi Ahmed Pire Kərkük əməliyyatının Türkiyə Milli İstihbarat Təşkilatı tərəfindən həyata keçirildiyi iddiası ilə çıxış edib.

“Kərkük əməliyyatında Türkiyənin adından Hakan Fidan (MİT şefi) daxil oldu. Hakan Fidanın özü olmasa da, onun təyin etdiyi şəxs bu əməliyyatı idarə edirdi”, - deyə iddiada bildirilir.

Qeyd edək ki, Məsud Bərzani rejimi İraq ordusunun hücumundan sonra 48 saat içində geri çəkilərək məğlub oldu.
XƏBƏR LENTİ
SORĞU