14 okt 14:17region

Bərzani ailəsinə şok: 9 nəfər girov götürüldü

Bərzani ailəsinə şok: 9 nəfər girov götürüldüİraqın Babil vilayətində Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin ailəsinə məxsus olan “Korek Telekom” adlı mobil telefon mağazasına hücum edilib.

Axar.az xəbər verir ki, “Korek Telekom” hücum zamanı mərkəzin zərər gördüyünü, ikisi mühəndis olmaqla, 9 nəfərin girov götürüldüyünü açıqlayıb.

Hücumun ardınca bir neçə əyalətdə internet kəsilib.

Qeyd edək ki, Bərzaninin sentyabrın 25-də keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət gərginləşib.
XƏBƏR LENTİ
SORĞU