10 okt 15:00region

İŞİD rus hərbçilərinin əsir götürülmə VİDEOsunu yaydı

İŞİD rus hərbçilərinin əsir götürülmə VİDEOsunu yaydıİŞİD Suriyada əsir götürdyü rusiyalı hərbçilərin görüntülərini yayıb.

Missiya.Az xəbər verir ki, görüntülərdə terrorçular əsirləri sorğu-sual edir: "Mən rusam, heç nə başa düşmürəm. Silah-sursatla bağlı məlumatım var. Adım Zabolotnıy Roman Vasilyeviçdir. 1979-cu ildə anadan olmuşam. Biz o məlumatı qərargaha çatdırmalı idik".

Digər əsir isə Tsurkanu Qriqoriy Mixayloviç olduğunu deyərək, Roman Zabolotnının dediklərini təsdiqləyir. Əsirlərin sonrakı taleyi isə məlum deyil.

Qeyd edək ki, Müdafiə Nazirliyi rus hərbçilərinin İŞİD-ə əsir düşməsi ilə bağlı məlumatları təkzib edir.
XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU