Şuşanın bu günü - VİDEOFeysbuk sosial şəbəkəsində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarına dair yeni video yayılıb.

Avrasiya.net xəbər verir ki, video Şuşa şəhərində lentə alınıb.

Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunub.
Qarabağ savaşı bu qış başlaya bilər ­- Ukraynalı tarixçiRusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır.

Axar.az xəbər verir ki, bu sözlər ukraynalı tarixçi Sergey Klimovskinin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ukrayna böhranı hazırda Moskvanı Suriya və Qarabağ konfliktlərindən daha az narahat edir:

“Rusiyanın 20 il əvvəl Qarabağda asdığı silah Rusiyadakı seçkinin nəticələrini gözləmədən – qışda atəş aça bilər. Azərbaycan ordusunun Ukraynadan fərqli olaraq buradan böyük şəhərlərə hücum etmək kimi dərdi yoxdur. Qarabağın əhalisi 150 mindən o qədər də çox deyil. Bakının aprel müharibəsinin yenidən yaşanması və bu mövzunun birdəfəlik həll edilməsinə böyük ümidi var. Lakin bir fakt da var ki, Sərkisyan və Ermənistan ordusu buna qarşı güclü müqavimət göstərəcək. 27 noyabrda belə informasiya yayıldı ki, Bakı Rusiyanın yeni səfiri Georgi Zuyevi erməniyönlü mövqeyinə görə qəbul etməkdən imtina edib. Bu diplomatik münasibətlərin pozulması yox, sadəcə “Bakı gözləməkdən yorulub” mənasına açıq işarədir. Moskvanın Qarabağda konfliktinin uzadılması strategiyası artıq işləmir, amma bu, Ukraynada hələ də effektivdir”.
Lavrovdan Qarabağ bəyanatıİrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Rusiyalı nazir NATO və Avropa ölkələrini rusofobiyada günahlandırıb.

Daha sonra Dağlıq Qarabağ münaqişəsinə toxunan Lavrov ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - ABŞ və Fransa ilə danışıqlar mühitinin gələcəkdə pozulmaması üçün addımlar atıldığını deyib.

"Bu istiqamətdə səylərimizi davam etdirəcəyik".

Lavrov həmçinin qeyd edib ki, münaqişənin tez bir zamanda həlli istiqamətində nikbin deyil. O, Bakıya səfəri çərçivəsində həll üçün bütün variantları qeyd etdiyini bildirib. Lavrovun sözlərinə görə, bu variantlar ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim olunub.

"Bu elementlər paket halına salınıb, bir, iki və ya üç prinsipi əsas götürməklə münaqişəni həll etmək çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Xoş məqam odur ki, prezidentlər Cenevrə görüşünün nəticələrindən məmnundur. Bu məmnunluq həll prosesinə də öz müsbət təsirini göstərəcək. Buna baxmayaraq, bu, çətin problemdir və tez bir zamanda həlli mümkün deyil".
Razılaşmalar masa üzərindədir - LavrovDiplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan yanaşmalar tapmağa aşkar etməyə qadirdir.

Report xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi brifinqdə deyib.

"Nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir. Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir", - S.Lavrov bildirib.
Putin imkan vermir: Ərdoğanın Qarabağ etirafı…Moskva Qarabağ məsələsini İrəvanın xeyrinə həll etmək istiyir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində öz destruktiv mövqeyindən əl çəkməyəcək:

“Ümumiyyətlə, Rusiya öz neoimperialist siyasətini heç vaxt gizlətməyib. Fikir verin, görün, Kreml necə yumuşaq siyasət aparır, ancaq ortada konkret nəticənin əldə olunmaması göstərir ki, prosesləri birbaşa Rusiya özü idarə edir. Çünki Moskva Qarabağ məsələsini İrəvanın xeyrinə həll etmək istəyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasında rusiyalı həmkarının ümidsizliyini dilə gətirməsi məhz ondan xəbər verir ki, Moskva tərəfindən irəli sürülən varinatlarda heç bir proqressiv təklif yoxdur. Öz üzdən Soçi görüşünün üstündən çox keçmədən Rusiya xarici işlər nazirinin regiona gözlənilən səfərlərinin də hansısa real nəticə verəcəyinə inanmıram. Buna görə də nəinki Soçi, bütün görüşlərdə konkret nəticənin əldə olunmasının səbəbini anlamaq elə də çətin deyil”.
Qarabağda “ikinci cəbhə”, 5 ay sonra hücum planıAzərbaycan xarici işlər naziri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərlə görüşüb. Dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə prezidentinin Rusiyaya növbəti səfərinin tarixi açıqlanıb. ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib.

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.

Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.

Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini tapıb.

2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün müxtəlif taktikalara əl atır.Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir.

“Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə Mosiyçuk vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də Rusiyanın Soçi şəhərində həmkarı Vladimir Putinlə görüşüb.

ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.

Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma çərçivəsində Dəməşq PKK/PYD-yə xeyli miqdarda xardal qazı verib. Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının əlindədir.

ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı “Politiko” nəşri yayıb.

Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5 nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını bildirib.

Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.

“Patriot” raket hücumundan müdafiə komplekslərinin Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər nazirinin birinci müavini Vladimir Titov bildirib.

“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq istiqamətdən çıxır”, - Titov deyib.

Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.

Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin 8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa hazırdır.

Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan edilməsi - red.) ilə bağlı qanun layihəsini imzalayıb. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Xatırladaq ki, qanun layihəsini Qırğızıstan parlamenti noyabrın 9-da qəbul etdi. Qanun layihəsi oktyabrın 20-də - Qırğızıstan prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla Qazaxıstan lideri Nursultan Nazarbayevin görüşü ilə iki ölkənin arasında yaranan diplomatik qalmaqaldan sonra göndərilmişdi.

“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb.

“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.

"Rusiyanın təkliflər paketində..." - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Rusiyanın Qarabağ konfliktinin nizamlanması istiqmətində vasitəçiliyi hazırda intensivləşib. Rusiyanın masada real təkliflər paketi var. Bu təkliflər paketi ictimaiyyətə açıqlanmasa da, Kremlin ideoloqu Aleksandr Dugin tərəfindən bir neçə dəfə səsləndirilib.

Bu təkliflər paketində 5 rayonun qaytarılması müqabilində Azərbaycanın Rusiyanın planlarında yer alması və Qarabağda Rusiyanın “sülhməramlı qüvvələrinin” yerləşdirilməsidir.

Ötən ay İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müsbət irəlləyiş əldə olunmamasına baxmayaraq, danışıqlar prosesinin aparılması üçüyn müəyyən razılıq əldə olunub. Qeyd edim ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə birgə və ayrı-ayrılıqda görüşlər keçirir, bu istiqamətdə danışıqlar aparılır.

Bu gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun üzvüləri ilə görüşəcək. Qeyd edim ki, Ermənistan XİN rəhbəri Eduard Nalbandyan Moskvadadır. Dünən həmsədrlərlə görüşüb.

Minsk qrupunun həmsədrlərinin və XİN rəhbərlərinin Moskvada danışıqları aparması, şübhəsiz Rusiyanın irəli sürdüyü həll formuları ilə bağlıdır. Bu həll variantalarına Kazan və Santk- Peterburqda əldə olunan razılaşmalarda daxildir.

Rusiya danışıqlarda dominatlığını öz üzərinə götürməklə, danışıqları müəyyən çərçivəyə qədər aparması istisna edilmir. Bu ayın 13-də Soçidə Türkiyə və Rusiya prezidentləri görüşündə Qarabağ münaqişəsi müzakirə edilib. Amma,bu görüşdə Türkiyənin rolu qəbul edilsədə, həll edici missiya kimi Moskva problemi öz inhisarında saxlayır. Ona görədə burada Ərdoğanın ciddi rolu yoxdur. Rusiya Türkiyənin Cənubi Qafqazda siysi olaraq güclənməsini qəbul etməz.

Bir neçə gündən sonra Segey Lavrov Bakı və Yerevana gələcək. Segey Lavrov regiona konkret təkliflərlə gəlir. Bu təkliflər təssüf ki, konfliktin “Paket həllini” özündə əks etdirir. Ortada "Yenilənmiş Madrid prinsipləri" yoxdur. Madrid prinsipləri münaqişənin mərhələli həllini nəzərdə tutur. Görünür, "mərhələli həll" planı üzrə danışıqlar apaarılmır.

Rusiya Azərbaycanı “Paket həll” variantına inandırmağa çalışır. Moskvada Minsk qrupunun həmsədrlərinin XİN rəhbərləri ilə birgə görüşündə "Paket həll" variantı müzakirə ediləcək. Hazırda Ermənistan bu həll variantına hazırdır. Bir müddət bunadan əvvəl, Ermənistan prezidenti güzəştlərdən danışmışdı. Hətta "ağrılı güzəşt" kimi tələbələrə xitabən vurğulamışdı. Bu güzəştlər, əsasən 5 rayonun Azərbaycana verilməsindən gedir. Əvəzində isə Kəlbəcər, Laçın isə qeyri-müəyyən vaxtda kimi Ermənistanın nəzarətində qalır, Qarabağa aralıq status məsələsi müzkirə predmeti olur, rus sülhmərmlıları Qarabağda yerləşdirilir.

Göründüyü kimi, hazırda aparılan müzakirələr Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. İki rayon və Qarabağ inzibati sərhədləri daxilində Azərbaycandan kənar saxlanılır. Rus sülhməramlı qüvvələr regionda yerləşdirilməklə, birdəfəlik ərazilər əlimizdən çıxa bilər.

Rusiya, hazırda çox ciddi şəkildə “Paket həllini” Azərbaycana sıramağa çalışır. Azərbaycan Rusiyanın bu təkliflər paketindən imtina etməli, “Mərhələli həll” planını üzrə danışıqların aparılmasını tələb etməlidir. Azərbaycan danışıqlar aparsada “Paket Həll” variantını qəbul etməyəcək. Növbəti danışıqlar raundunun növbəti faiskosu gözlənilir.
“Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək”Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, ordu generalı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.

Ordu generalı Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatını itirdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyin davam edəcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və artırılması imkanlarının müzakirə olunacağını vurğulayıb.
Lavrov gəlir: Bakının sülh şərtləri nədir? – ŞərhRusiya XİN rəhbəri Sergey Lavrovun gəlişi Qarabağ münaqişəsinin həll edilməsi üçün tərəfləri müəyyən razılaşmaya gətirmək məqsədi daşıyır. Doğrudur, Lavrov bu məsələdə o qədər də arzuedilən şəxs deyil. Amma baş verən proseslər sülhyaratma prosesinə yeni bir dinamizm verilməyə çalışıldığından xəbər verir. Bunun nə ilə nəticələcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, amma hər nə olsa da, Azərbaycan öz mövqeyində prinsipiallığını qoruyub saxlayacaq.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ərdoğan və Putinin Soçi görüşündən sonra səfər turlarına start verilməsinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Nalbəndyanın dərhal Moskvaya çağırılması ortada ermənilərin mövqelərini korrektə etmək məsələsi olduğu anlamına gəlməlidir:

“Şübhəsiz ki, Ərdoğan və Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Çünki bu görüşün heç də bütün məqamları mətbuata açıqlanmayıb. Bu həm ikili münasibətlərə, həm də bölgədəki problemlərə aiddir. Görüşdən bir gün sonra Nalbəndyanın Rusiyaya çağırılması bu məsələ ilə bağlı onu mütləq təlimatlandıracaqlarından xəbər verir. Artıq 5 rayon məsələsi kifayət qədər real görünür. Azərbaycan hətta təkidlə 7 rayonun da qaytarılmasını tələb edə bilər. Amma Rusiya 5 rayonun Azərbaycana qaytarılması məsələsində Ermənistanın da razılığını alıb və bunu Rusiya mətbuatı qeyd edir. Bundan başqa, Məmmədyarovla da görüşün sözsüz ki, müəyyən diqqətçəkən məqamları var. Bunlar əsasən, Azərbaycandan müəyyən güzəştlər qoparmaq xarakteri daşıyır. Bu güzəştlər əlbəttə ki, sırf Dağlıq Qarabağın status məsələsi ilə bağlı olacaq. Zənnimcə, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, Azərbaycanın üzərinə Avrasiya və KTMT-yə üzv olması ilə bağlı öhdəliklərin qoyulması qətiyyən olmayacaq. Bu gündəmdə olan məsələ deyil. Çünki əsasən ermənilərin istədiyi və Rusiyanın da gerçəkləşdirməyə çalışdığı məsələ Dağlıq Qarabağa keçici status verilməsidir. Lakin Azərbaycan bu məsələdə də güzəştə getmək fikrində deyil. Çünki Prezident İlham Əliyevin YAP-ın 25 illik yubiley tədbirində çıxışı zamanı bu məsələdə Azərbaycanın mövqeyini bir daha xatırladaraq, ərazi bütövlüyünün pozulması ilə nəticələnəcək hər hansı bir yolun bizim üçün məqbul olmadığını xüsusi vurğuladı”.

Politoloq qeyd edib ki, keçici status Dağlıq Qarabağı Azərbaycanın tabeliyindən çıxara və onu tamamilə başqa bir mərhələyə daşıya bilər:

“O səbəbdən də bu məsələdə Azərbaycanın Rusiya və Ermənistanla razılaşacağını düşünmürəm. Amma Azərbaycan keçici status məsləsini bölgəyə neytral sülhməramlı qüvvələrin gəlməsi ilə də əvəz edə bilər. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmaqla, təhlükəsizlik məsələlərini həll etmək üçün bölgədə, məsələn, Finlandiya, Almaniya, Belçika və s. ölkələrin sülhməramlı qüvvələri BMT-nin verdiyi mandat əsasında sırf Dağlıq Qarabağ sərhədləri boyunca yerləşdirilə bilər. Bu qüvvələrin fəaliyyəti əsasən, Azərbaycanın bütün işğal edilmiş əraziləri qaytarılana, bölgədəki proseslər səngiyənə və iqtisadi mədəni-əlaqələr canlanana kimi hər hansı bir qarşıdurmanın qarşısını almaq üçün nəzərdə tutulmalıdır. İkitərəfli münasibətlərin formalaşması və Ermənistanın da regional layihələrə qoşulmasına imkan yaradıldıqdan, xüsusilə Ermənistanın blokadası götürüldükdən sonra məsələlər daha intensiv və sürətli xarakter ala bilər”.

Politoloq qeyd edib ki, burada hər şey Ermənistanın davranışlarından asılıdır:

“Ermənistan əgər hadisələrin bu cür gedişini sabotaj etməsə, proseslər böyük sülh sazişinin bağlanmasına istiqamətlənəcək. Dağlıq Qarabağın statusu məsələsində isə Azərbaycan öz ərazi bütövlüyü daxilində Dağlıq Qarabağa ən yüksək, yəni respublika statusunun verilməsinə razıdır. Respublika statusunun bir sıra genişləndirilmiş hüquqları nəzərdə tutulacaq və bu hüquqlardan istifadə edərək burada yaşayan insanlar öz prezidentlərini, polis-asayiş qruplarını yarada bilər, amma xarici siyasət, müdafiə və sərhədlərin qorunması məsələsi mütləq Azərbaycanın ixtiyarında olmalıdır. Bütün bunlar Azərbaycanın konseptual yanaşmasının ayrı-ayrı elementləridir”.

Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-də Soçidə qapalı görüşündən sonra Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, noyabrın 16-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına gedəcək, 20 noyabrda isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək.
Ərdoğandan Putinə Qarabağ TƏKLİFİ: İrəvan TƏŞVİŞ İÇİNDƏİstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə isə demək mümkün deyil.

Bu sözləri Musavat.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə danışarkən söyləyib.

Prezidentlərin görüşü noyabrın 13-də baş tutacaq. Türkiyə prezidenti Azərbaycana səfərini başa vurub geri dönərkən ölkəsinin jurnalistlərinə açıqlamasında Putinlə görüşəcəyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini söyləmişdi. Onun “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək” - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidlər yaradıb.

Xüsusilə də bölgənin iki böyük dövlətin münasibətlərinin normallaşdığı dövrdə Qarabağla bağlı müzakirələrin aparılmasının Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Hətta Rusiyanın Azərbaycanın 5 rayonunu azad etmək üçün Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da səslənir. Bəzi ekspertlər istənilən halda Ərdoğanın Moskvaya əliboş getməyəcəyini, Qarabağla bağlı hansısa vacib detalların müzakirə olunacağını deyir.

T.Zülfüqarov isə hesab edir ki, İrəvan indiki halda cəsarətsizlik nümayiş etdirir:

“Hər halda Sərksiyan kompromisdən danışsa da, ehtiyatlanır. O istəyir biz tərəfdən buna qarşı fikirlər səslənsin. Nəyə görə? Çünki o, başa düşür ki, kompromis yolu ilə irəli getsə, gələn ilin aprel ayında parlamentdə baş nazir seçiləndə çoxluq qazanmayacaq və Rusiyanın ayrı bir fiquru ortaya çıxacaq - indiki baş nazir. O da başa düşür ki, oyun bununla nəticələnə bilər. İndi ermənilərin əsas məqsədi bundan ibarətdir: guya ki, onlar kompromisə gedir, amma Azərbaycan buna "yox" deyir. Ona görə də mən hesab edirəm biz indiki mərhələdə deməliyik ki, yox, bu, alınan şey deyil. Yəni oyun bir az mürəkkəb oyundur. “Yox” desən də bir şey alınır, “hə” desən də, təbii ki, heç nə alınmayacaq. Biz 5 dəfə də “hə” desək, ermənilər bir qarış torpağı da azad edən deyil. Ona görə bizim “yox” deməyimiz formal bir şeydir".
Sabiq nazirin sözlərinə görə, məntiq onu deyir ki, indi gündənmdə “Lavrov planı” var:

“Aprel ayında tərəflərə təklif olunub, ancaq tərəflər indiyə qədər ona konkret fikir bildirməyib. Bu baxımdan Türkiyənin təşəbbüsü "Lavrov planı" ətrafında ola bilər. Ancaq görək “Lavrov planı”na görə 5, ya 7 rayon ermənilər tərəfindən azad olunacaqsa, bu, Azərbaycana nə verəcək? Prosesin davamı üçün hansı qarantiyalar mövcuddur?

Çünki 2-3 rayon qaytarmaqla gərək proses dayanmasın, irəli getsin. Ancaq əgər bu, baş versə, ermənilər artıq o səviyyədə siyasi, hərbi təminatları alacaqlar ki, onların prosesin davamına heç bir marağı olmayacaq. Ona görə də bu təklif çox diqqətlə analiz olunmalıdır. Misal üçün sülhməramlıların tərkibi və ya əməliyyatların hansı mexanizmlər çərçivəsində həyata keçiriləcəyi dəqiqləşməlidir. İkinci məsələ ondan ibarətdir ki, sülh prosesində tutaq ki, 5 rayon ilk mərhələdə azad olundu. Bu halda ermənilər hansı siyasi təminat alacaqlar ki, sonra onlar bu prosesdən imtina etməsinlər? Birmənalı elan etsələr ki, biz Ermənistana birləşirik, o halda sülhməramlı qüvvələr harda olacaq?"

T.Zülfüqarov bildirdi ki. Lap münaqişə zonasında BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsi də Azərbaycana yaxşı nə isə vəd etmir: “Deməli, Azərbaycan məsələnin həllində özünün suveren hüququnu kiməsə verəcək. Azərbaycan vaxtilə vasitəçiliyi qəbul edib. Amma bu vasitəçilikdən imtina hüququmuz da var. Həmçinin BMT qətnaməsinə uyğun olaraq işğalçıya hərbi zərbə vurmaq hüququmuzu özümüzdə saxlayırıq. Amma bu proses başlayandan sonra biz bu hüquqdan məhrum oluruq. Yəni təhlükələr bundan ibarətdir”.

Sabiq nazir bir neçə rayonun müharibəsiz azad olunmasının faydası haqda səslənən fikirlərə də münasibət bildirdi: “Təbii ki, hansısa rayonun azad olunması bizimçün vacib məsələdir. Amma eyni zamanda Rusiya və Ermənistan üçün ən vacibi ondan ibarətdir ki, Azərbaycan hərbi əməliyyatların başlamasını istəmir. Yəni onlar üçün bu regionda real təhlükə bundan ibarətdir. İndiki beynəlxalq vəziyyətdə müharibənin alovlanması Rusiyanın xeyrinə deyil. Kreml istəmir ki, bölgədə yeni müharibə başlasın və Rusiya orada iştirak etsin. Ermənistana gəldikdə, təbii ki, o, öz təhlükəsizliyni yalnız Rusiyanın iştirakı ilə təmin edə bilər. Bu baxımdan Rusiya və Ermənistanın maraqları heç də üst-üstə düşmür. Çünki Ermənistan siyasi elitasının marağı ondan ibarətdir ki, heç nə dəyişməsin və işğal olunmuş torpaqlar Ermənistansa birləşdirilsin. Amma bunu təmin etmək üçün onların imkanları yetərincə deyil və Azərbaycanla müqayisədə imkanlar gün-gündən azalır. Bu mənada hərbi və siyasi təminatçı Rusiyadır. Rusiya status-kvonun qalmasında maraqlı deyil. Çünki başa düşür ki, gec və ya tez hərbi əməliyyatlar bərpa olunacaq. Azərbaycanın qarşısını almaq üçün Rusiya daha böyük qüvvələrdən istifadə etməlidir və bu halda müttəfiqlik əlaqələrindən məhrum olacaq”.

Eks-nazir deyir ki, Rusiya belə bir sonluğunu olmasını istəmir: “Ona görə Rusiyanın maraqları ondan ibarətdir ki, hansısa mərhələdə daha sabit vəziyyət yaransın. Ancaq bunun üçün Ermənistan və Azərbaycan bir-birinə nə güzəşt etməyə hazırdır, məsələ budur. Əgər Ermənistandakı siyasi faktoru nəzərə almasaq, bölgədəki əsas oyunçular vəziyyətin daha sabit formasını qalmasında maraqlıdırlar. Burada daha çox Rusiya maraqlıdır. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işğal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiyə təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiyə başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrində maraqlıdır. Bu baxımdan Ermənistandan başqa hamı maraqlıdır ki, irəliyə doğru addım atılsın. Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq. Bunun əleyhinə çıxan Ermənistanın elitasıdır. Rusiya maraqlıdır ki, bölgədə daha sabit sxem yaransın ki, müharibə təhlükəsi uzaqlaşsın. Ruslar başa düşür ki, gec, ya tez Azərbaycan xarici dairələrdən ciddi dəstək alandan sonra torpaqlarını azad etmək üçün hücuma keçə və nəticədə Rusiyanın orbitindən tam şəkildə çıxa bilər”.

T.Zülfüqarov Qarabağ məsələsinin Ankara-Moskva danışıqlarının predmetinə çevrilməsini ciddi məsələ sayır: “Çox yaxşı ki, Türkiyə-Rusiya əməkdaşlığın, gələcək strateji portnyorluğun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa nəticə verəcək, ya verməyəcək demək çətindir. Amma həmişə Türkiyənin səsləndirdiyi şərtlərdən biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır. Ermənilər buna görə narahatdır”.